Zakir Həsənovun istefa xəbərinə ilk reaksiya

Zakir Həsənovun istefa xəbərinə ilk reaksiya
  09 İyun 2014    Oxunub:992
Müdafiə Nazirliyi general-polkovnik Zakir Həsənovun nazir postundan istefa verəcəyi haqda mətbuatda yayılan iddialara reaksiya verib.
AzVision.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu barədə rəsmi məlumat yayacaqlarını bildirib.

“Bu barədə nazirliyin rəsmi saytında rəsmi açıqlama veriləcək”-deyə nazirlik sözcüsü qeyd edib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, müdafiə naziri Zakir Həsənov prezidentə istefa ərizəsi yazıb. Dərc olunan məlumatda qeyd olunur ki, Zakir Həsənov normal islahatlar keçirməsinə ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sapotajla üzləşdiyi barədə artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə edib. General-polkovnik prezidentə belə vəziyyət davam edəcəksə, ona mane olan qüvvələr zərərsizləşdirilməyəcəksə, nazir vəzifəsində qalmağının mənasız olduğunu və istefasının qəbul olunmasını xahiş edib.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti