Prezident portuqalları təbrik etdi

Prezident portuqalları təbrik etdi
  09 İyun 2014    Oxunub:1027
Azərbaycan prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Anibal Kavaku Silvanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, Milli bayramınız – Portuqaliya günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan və Portuqaliya arasında əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.


Teqlər:



Xəbər lenti