Bakıda avtobus qəzası: yaralılar var
Zərncirvari qəzanın iştirakçısı olan “Auidi” öz növbəsində qarşıda hərəkət edən “Hyundai” maraklı başqa bir maşına dəyib. Avtobus isə “Mercedes” maraklı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra dayanıb.
Hadisə zamanı avtobus metronun Koroğlu stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan sərnişinlər arasında xəsarət alanlar da olub.
Hadisə vaxtı yaralanan sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına aprılıb. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.
Qəza Sabunçu dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb oldu. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa olundu.
Hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün avtobusun eləcə də avtomaşın sahibləri ifadələrinin alınması üçün polis orqanına aprıldı. Qəza ilə bağlı sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək.(Ans)







Vaxtında, Aydın, Lazımlı!


