`Erməni gəlməmiş, şayiəsini yayırlar`- naxçıvanlı jurnalist
- Hələ 2002 ci ildə Naxçıvanda bir bölük əsgər bütün sərhəd boyunca, Buzqov və Havuş istiqamətində Ermənistanın dövlət sərhədini keçib bir gecədə onlarla post qurmuşdu. Onda Ermənistan tərəfdə bərk təşviş yarandı. Hətta hansısa rəsmi şəxs işdən qovuldu. Onda bizim bəzi hay-küyçü yazarlar nəsə susdular. Hətta bizim əsgərlər bir güllə atmadan ermənilərin neçə- neçə postunu alıblar. Amma indi mediada gah `Naxçıvana hücum edirlər`, gah `kəndləri boşaldırlar`, gah `adamları kənddən çıxarırlar` kimi xəbərlər yayılır. Naxçıvanlılar demiş, təmiz söhbət edək də, guya ermənilər Naxçıvana haradansa hücum etsə, kimsə Bakıdan bura döyüşməyə gələcək? Yenə özümüz döyüşəcəyik də. Ona görə də, siz ermənilərin Naxçıvana hücumu ilə bağlı qəti narahat olmayın. Onu bizim öz öhdəmizə buraxın. 1990-cı illərdə televiziya vasitəsilə Qarabağ ətrafı kəndləri, şəhərləri də beləcə boşaltdıq. Erməni gəlməmiş, onun şaiyəsi gəlirdi. Yazıq camaat da qaçıb boşaldırdı kəndləri. Bir də, Naxçıvanda geri "qaçmağa" yer yoxdur. Burda ancaq şimal-şərq istiqamətində irəli gedə bilərsən ki, Doğma, Böyük Anamıza - Azərbaycanın digər torpaqlarına çata biləsən.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


