Abdullahiyan Ceyhun Bayramovu qarşıladı - Yenilənib

 Abdullahiyan Ceyhun Bayramovu qarşıladı -  Yenilənib
  23 Oktyabr 2023    Oxunub:2588
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfər edib.
AzVision.az xəbər verir ki, naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan qarşılayıb.

Ceyhun Bayramov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İrandadır.

***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda səfərdədir.

Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti