Türkiyənin müdafiə naziri Azərbaycandadır - VİDEO

   Türkiyənin müdafiə naziri Azərbaycandadır -  VİDEO
  23 Oktyabr 2023    Oxunub:1393
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.



AzVision.az


Teqlər:



Xəbər lenti