Daşınmaz əmlakın icbari sığorta ödənişləri 5 dəfədən çox artıb
Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 4 milyon 845.7 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5.3 dəfə və ya 3 milyon 927.4 min manat çoxdur. Ötən ilin ilk 9 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 918.3 min manata bərabər olub.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə daşınmaz əmlakın icbari sığortası üzrə zərərliliyi 3.5 dəfə artırıb. Belə ki, ötən ilin ilk 9 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 2.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 9 ayında bu rəqəm 7.3 manata yüksəlib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


