İttihama görə, S. Şahalıyev birgə yaşadığı qadına işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda təqsirləndirilir.
Təqsirləndirilən şəxs bununla yanaşı, qadının intim görüntülərini çəkərək birinci hıyat yoldaşına göndərməklə hədələyib, ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün çəkilişin diskini keçmiş ərinə göndərib.
Qadının şikayəti əsasında S. Şahalıyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 144.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 182.2.2, 182.2.3, 182.2.4 və 242 maddələri üzrə cinayət işi başlanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


