Tərtərdə minaya düşən şəxsin qolu amputasiya olundu - YENİLƏNİB

   Tərtərdə minaya düşən şəxsin qolu amputasiya olundu -    YENİLƏNİB
  26 Oktyabr 2023    Oxunub:1305
Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. Araşdırma aparılır.

07:56

Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti