Dövlət Xidməti Mərkəzi Bankla Anlaşma Memorandumu imzaladı

   Dövlət Xidməti Mərkəzi Bankla Anlaşma Memorandumu imzaladı
  26 Oktyabr 2023    Oxunub:1488
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, Anlaşma Memorandumu XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Həmçinin, Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”-in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalında imzalanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti