"Müdafiə Nazirliyi və Prezidentin rəsmi səhifəsinə kiberhücumlar olur"

  "Müdafiə Nazirliyi və Prezidentin rəsmi səhifəsinə kiberhücumlar olur"
  26 Oktyabr 2023    Oxunub:1641
Azərbaycanın müxtəlif informasiya strukturlarına kiberhücumlar dayanmır, 7/24 daima, hər gün, hər saat olur.
AzVision.az xəbər verir ki, bunu “Critical Infrastructure Defence Challenge 2023” tədbiribdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib. O qeyd edib ki, bununla bağlı mütəmadi statistikalar da təqdim edilir:

"Kiberhücumların konkret olaraq hansı ölkələrdən olmasını İP-dən aydınlaşdırmaq çətindir. Çünki bunlar anonimləşdirilib, saxtalaşdırılır. Bu hücumların formatına, istiqamətlərinə diqqət etsək, eyni zamanda edilən analizlərə əsasən onların çoxunun qonşu ölkələrdən təşkil olunmuş olunduğu müəyyən edilir. Hücumlara qarşı xidmətiniz 7/24 mpnitorinq həyata keçirir və dövlət qurumlarının informasiya sistemlərinin mühafizəsi üzərində aktiv çalışılır".

T.Məmmədov qeyd edib ki, kiberhücumlar aktivlik dönəminə uyğun olaraq müxtəlif dövlət qurumlarının saytı ola bilir.

"Müharibə, antiterror əməliyyatları zamanı Müdafiə Nazirliyinin və ölkə başçısının rəsmi səhifəsinə kiberhücumlar olur. Eləcə də kritik infrastrukturlara qarşı kiberhucumlar da müşahidə edilir. Bunların arasında banklar və digər strukturlar da olur. Eyni zamanda vətəndaşlara da kütləvi mesaj, dezinformasiya vasitələrinin ötürülməsinin şahidi oluruq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti