Xidmət rəisi: “Əsas istiqamət hücumu vaxtında dəf etməkdir”

  Xidmət rəisi:  “Əsas istiqamət hücumu vaxtında dəf etməkdir”
  26 Oktyabr 2023    Oxunub:1267
“Kritik olmayan informasiya strukturları əksəriyyət təşkil edir. Kritik informasiya strukturlarının istifadəçiləri isə özəl biznes və vətəndaşlardır”.
AzVision.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər bir istiqamətdə araşdırma aparılır və hazırda yeni yanaşmalar tətbiq olunur.

“Hazırda dünya bazarında, ölkəmizdə də hər gün yeni sistemlər istifadəyə verilir. Onların qurulmasında istifadə olunan həllərin ömrü çox qısadır. Bu isə kibertəhlükəsizlik üçün ciddi təhdiddir, problemdir. Beləliklə aidiyyatı qurumların yanaşması dəyişir, yeni yanaşma yaranır. Artıq hamı başa düşür ki öz sistemlərimizi qoruya bilmərik, əsas istiqamət hücumu vaxtında dəf etməkdir. Biz də bu istiqamətdə çalışırıq. Xidmətdə mərkəz yaradılıb, monitorinq aparılır”.

S.Rəsulov qeyd edib ki, təklikdə bütün kiberhücumlar qarşısında durmaq mümkün deyil: “Burada biznesin iştirakı öməmlidir. Biznesdə də vətəndaşları maarifləndirməli və baş verən hadisələri gizlətməməlidir”.

Xidmət rəisi bildirib ki, kadr nöqteyi nəzərindən ciddi problemlər var: “Ölkə başçısının imzaladığı Sərəncamda da qeyd olunub ki, kadr potensialı artırılmalıdır. Düşünürəm ki, strategiyada nəzərdə tutulan vaxt ərzində biz bunun da öhdəsindən gələcəyik”.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti