Dağıdılan piyada səkisi bərpa olundu - Fotolar

   Dağıdılan piyada səkisi bərpa olundu -    Fotolar
  26 Oktyabr 2023    Oxunub:1529
Nizami rayonu Babək pr. 109 ünvanında 2 mərtəbəli qeyri-yaşayış obyektinin qarşısındakı piyada səkisinin layihədən kənar tikinti işləri nəticəsində dağıdılmış hissəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında bərpa olunub.
Qurumdan AzVision.az -a verilən məlumata görə, hazırda səkinin bardür hissəsində işlər yekunlaşdırılıb, asvalt döşəmə vurulacaq.

Qeyd edək ki, ötən gün Nizami Rayon İcra Hakimiyyətindən sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq icazəverici sənədləri əsasında inşa edildiyini bildirilmişdi:

“Tikilinin aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq binanın qarşısında piyadaların hərəkəti üçün səkinin və avtomobillər üçün parklanma yerinin quraşdırılması işləri aparılır”.




AzVision.az


Teqlər:



Xəbər lenti