SOCAR “Azəriqaz” İB-də İctimai Şuranın yaradılması işlərinə başlanıldı
İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş edilir ki, 27 oktyabr 2023-cü il tarixdən etibarən 28 noyabr 2023-cü il saat 18:00-dək aşağıda qeyd olunan sənədlərin surətini [email protected] elektron ünvanına göndərsinlər.
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizədin hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;
- Namizədin üzv olduğu vətəndaş cəmiyyəti institutunun dövlət reyesterindən çıxarışı;
SOCAR “Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklərin, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


