"Dönərdən zəhərlənən 4 şagirdin müalicəsi davam edir" - TƏBİB

   "Dönərdən zəhərlənən 4 şagirdin müalicəsi davam edir" -    TƏBİB
  27 Oktyabr 2023    Oxunub:1113
Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti