Almaniyada 20 min avro alan həkim Şirvanda ilk ürək müayinəsini etdi

   Almaniyada 20 min avro alan həkim Şirvanda ilk ürək müayinəsini etdi
  27 Oktyabr 2023    Oxunub:2722
Şirvan Ürək Mərkəzində ilk dəfə angioqrafiya müayinəsi icra olunub
AzVision.az

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində ilk dəfə angioqrafiya müayinəsi icra olunub.
Qutrumdan AzVision.az -a verilən məlumata görə, 1964-cü il təvəllüdlü pasiyentin ürək damarlarının vəziyyətini müəyyən etmək məqsədilə angioqrafiya (anju) müayinəsi həyata keçirilib. Hazırda pasiyentin vəziyyəti stabildir.

Bildirilib ki, Şirvan Ürək Mərkəzi ən müasir avadanlıqlarla, dərman və dərman vasitələri ilə təchiz olunub. Mərkəzdə Türkiyə, Rusiya və Almaniyada fəaliyyət göstərən, eləcə də ixtisasartırma kurslarında iştirak edən uzman kardioloq və ürək-damar cərrahları çalışırlar. Burada vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir.

Qeyd edək ki, müayinə Almaniyadan gələn və 13 oktyabr tarixindən etibarən Xəstəxanada rəsmi olaraq fəaliyyət göstərən həkim Nicat İbrahimov tərəfindən həyuata keçirilib.

Xatırladaq ki, Almaniyada çalışan ürək həkimi Nicat İbrahimovUN orada 20 min avro əmək haqqı almasına baxmayaraq, Azərbaycana işləmək qərarı verməsi və Vətənə qayıtması barədə məlumatlar yayılmışdı.



Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti