"Üç ildə elə məsələlərə rast gəlmişəm ki, danışmaq mümkün deyil" - Bahar Muradova

   "Üç ildə elə məsələlərə rast gəlmişəm ki, danışmaq mümkün deyil" -    Bahar Muradova
  27 Oktyabr 2023    Oxunub:1044
"Ya biz adət-ənənə ilə yaşamalıyıq, ya hüquqi dövlət qururuqsa, qanunlar ali olmalıdır. Biz əgər öz istəklərimizi qanun çərçivəsində yerləşdirə bilmiriksə, bu, qanun deyil, bizim günahımızdır. Biz qanun çərçivəsində yaşamaq istəmirik. İstənilən normanı, qaydanı pozmaq bizim üçün qəhrəmanlıq sayılır. Bəzi hallarda milli-mənəvi dəyərlərdən pərdə kimi istifadə olunur. Bunu özümüzə etiraf etməliyik".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu üç il müddətində elə məsələlərə rast gəlmişəm ki, onun dilə gətirib danışmaq mümkün deyil. Bu, heç bir çərçivəyə uyğun gəlmir. İnsanlardan, onların ailələrindən elə hadisələrlə rastlaşırsan, təsəvvür etmək mümkün deyil ki, 3-5 adamın arasında belə hallar baş verir. Bunu inkar edib gözümüzü bağlamaqla bəyəm bu aradan qalxır?", - deyə komitə sədri bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti