"Bu uşaqları kişilər doğurlar?"

   "Bu uşaqları kişilər doğurlar?"
  27 Oktyabr 2023    Oxunub:1329
"Hansısa QHT BMT-yə alternativ report kimi yazıb göndəriblər ki, bizdə guya 70 faiz qadın sterilizasiyadan keçirilir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bunu deyəndə ağıl yoxdur:

"Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirləri üzə çıxarırlar. Avropada son dövrlərə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib".

AzVision.az


Teqlər:



Xəbər lenti