Sumqayıtdakı insidentlə bağlı təfərrüat: Serkan Karakaş bir dəfə də bıçaqlanıbmış

      Sumqayıtdakı insidentlə bağlı təfərrüat:    Serkan Karakaş bir dəfə də bıçaqlanıbmış
  28 Oktyabr 2023    Oxunub:2198
Oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan Serkan Karakaş barədə əvvəllər də şikayətlər olub.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, ailə-məişət və borc məsələlərinə görə S.Karakaş barəsində dəfələrlə şikayətlər edilib. Hətta onun borc üstündə bir dəfə bıçaqlandığı da deyilir.

Bugünkü hadisəni orta yaşlı bir kişinin törətdiyi qeyd edilir. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş açıılıb. Silahlı şəxs ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb. Daha sonra isə Serkan Karakaşı və D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcovanı da vurub. Silah səsinə gələn qonşular 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti