Bakı Təşəbbüs Qrupu kolonializmin dayandırılmasını tələb edib

   Bakı Təşəbbüs Qrupu kolonializmin dayandırılmasını tələb edib
  03 Noyabr 2023    Oxunub:1705
Bakı Təşəbbüs Qrupu (BTQ) kolonializmin dayandırılmasını tələb edib.
Qurum bununla bağlı flaşmob hazırlayıb. Flaşmobda kolonializmin dayandırılması ilə bağlı müxtəlif rəsmi şəxslərin fikirləri səslənib.

Qeyd edək ki, oktyabrın 20-21-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda tədbir keçirilib.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

AzVision.az


Teqlər:



Xəbər lenti