İsrail ordusu Livanla sərhəddi gücləndirib

 İsrail ordusu Livanla sərhəddi gücləndirib
  03 Noyabr 2023    Oxunub:935
Ölkənin şimalında yerləşdirilən İsrail hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari deyib. Onun sözlərinə görə, komandanlıq bu qərarı Livandan gələn təhdidlərə görə verib.

Həqari vurğulayıb ki, ölkə hərbi qulluqçuları qonşu dövlətin ərazisindən istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır: "Şimalda yüksək hazırlıq vəziyyətindəyik və bu gün və ya yaxın günlərdə hər hansı bir hadisəyə cavab vermək üçün son dərəcə ayıq-sayıq qalırıq."

AzVision.az


Teqlər:



Xəbər lenti