“Şəhid oldu” xəbəri çıxmış XTQ zabiti müalicədən sonra evə gətirilib - FOTO

   “Şəhid oldu” xəbəri çıxmış XTQ zabiti müalicədən sonra evə gətirilib -    FOTO
  03 Noyabr 2023    Oxunub:2353
Sentyabrda antiterror əməliyyatı zamanı şəhid olması barədə xəbər yayılmış hərbçi, XTQ-nin 28 yaşlı zabiti, baş leytenant Rəsul Ağayev müalicədən sonra evə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.

Onun məlumatına görə, Rəsul Ağayev Salyan rayonunun Babazanlı qəsəbəsində təntənə ilə qarşılanıb.

Salyan icra başçısı Sevindik Hətəmov hərbçimizi evində ziyarət edib.

Xatırladaq ki, Rəsul Ağayev antiterror əməliyyatı zamanı yaralanıb. Onun ardınca qayıdan hərbçi yoldaşları həmin ərazidə tapa bilməyib. R.Ağayevin şəhid olması barədə məlumat verilib.

Baş leytennat R.Ağayev isə yaralı halda yaxınlığdakı bataqlığa sürünərək 3 gün orada qalıb. Daha sonra onun yeri müəyyən edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti