Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilib - VİDEO

   Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilib    - VİDEO
  04 Noyabr 2023    Oxunub:1098
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə birlik və birləşmələrin qərargahları, həmçinin bölmə komandirləri cəlb olunub.

Səfərbərlik təlimi zamanı motoatıcı bölmələrin komplektləşdirilməsi, döyüş uzlaşmasının təşkili, döyüş təyinatlı rayona yerdəyişmənin keçirilməsi, ərazidə yerləşmə üzrə hesabatların dəqiqləşdirilməsi və növbəti tapşırıqların icrasına hazırlıq üzrə müvafiq fəaliyyətlər yerinə yetirilib.

AzVision.az



Teqlər: Təlim  



Xəbər lenti