Silah mafiyasının üzvü Azərbaycana təhvil verildi
Qeyd edək ki, Türkiyə məhkəməsi Şeniz Dərvişoğlu haqqında bir neçə dəfə qiyabi həbs qərarı çıxarıb. O, 2018-ci ildə Gürcüstandan Azərbaycana ekstradisiya olunub, 2020-ci ildə həbsdən buraxılıb. Bir müddət sonra yenidən axtarışa verilib.
1972-ci ildə Trabzonda anadan olan Şeniz Dərvişoğlu Vakfıkebir mahalının Aliköy kəndində qeydiyyatdadır.
2000-ci illərdə Trabzon və ətraflarında bir çox cinayətlərdə adı keçən Şeniz Dərvişoğlu o illərdən "Rəis" ləqəbi ilə tanınıb.
Keçmiş boksçu Şeniz Dərvişoğlu 2008-ci ildə Ərzurumda qazanc məqsədi ilə cinayət təşkilatı yaratmaq ittihamı ilə mühakimə olunub. Şeniz Dərvişoğlunun Trabzon və ətrafında bir çox tenderlərin saxtalaşdırılmasında əli olduğu müəyyən edilib. Şeniz Dərvişoğlu Silivri Həbsxanasında cəzasını çəkdikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra isə onun dəstəsi ilə birgə Trabzon və ətraflarında bir çox cinayətlərdə iştirak etdiyi və dəstəsinin Gürcüstandakı cinayət təşkilatları ilə əlaqəsi olduğu müəyyən edilib. Gürcüstanda bir çox cinayətlərdə əli olduğu iddia edilən Şeniz Dərvişoğlu Azərbaycanda yaxalanıb. İnterpol xətti ilə, Qırmızı bülletenlə axtarışa verilən Şeniz Dərvişoğlu Azərbaycan tərəfindən Türkiyəyə təhvil verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


