Səhiyyə nazirimiz Kubanın tibb və əczaçılıq müəssisələrinə baş çəkib
Kuba Respublikasının ilkin səhiyyə sistemi ilə tanışlıq məqsədilə “Cosme Ordonez Carceller” tədris poliklinikasına səfər edilmişdir. Poliklinikada göstərilən tibbi xidmətlər, aparılan tədqiqat işləri və yerli icmalarda epidemioloji nəzarətin təşkilinə dair məlumatlar paylaşılmışdır.
Daha sonra Dərman Vasitələri və Tibbi Avadanlıqlar üzrə Tənzimləyici Orqanda keçirilən görüşdə dərman vasitələri, tibbi avadanlıqların qeydiyyatı, kliniki sınaqlar, farmakonəzarət tədbirləri barədə məlumat verilmişdir.
BioCubaFarma biotexnologiya şirkətində istehsal olunan innovativ dərman vasitələrinə və onların müxtəlif ölkələrdə qeydiyyatı və istifadəsinə dair ətraflı təqdimat edilmişdir.
Səfərin sonunda Havana Tibb Elmləri Universitetində keçirilən görüşdə tibb təhsili sisteminin təşkili, akademik heyət və tələbə mübadiləsi, tibb təhsili müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılmışdır.
AzVision.az
Teqlər: SəhiyyəNaziri Kuba







Vaxtında, Aydın, Lazımlı!


