Qanunsuz saxladıqları tüfəngləri polisə təhvil verdilər

   Qanunsuz saxladıqları tüfəngləri polisə təhvil verdilər
  19 Noyabr 2023    Oxunub:1382
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsində son iki gün ərzində 11 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti