ABŞ Hörmüzə görə pul ala bilər - "Politico"
Müzakirə olunan təkliflərdən biri də əlavə ödəniş müqabilində gəmilərə ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid imkanlarının verilməsidir. Nəşr qeyd edir ki, bu məsələ barədə yekun qərar qəbul olunmayıb.
“Kpler” analitik şirkətinin məlumatına görə, hazırda 220 neft tankeri də daxil olmaqla təxminən 500 gəmi Hörmüz boğazını keçmək üçün gözləyir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün yenidən açıldığını elan edib. Buna baxmayaraq, bir çox gəmi sahibi regionda vəziyyətin yenidən gərginləşməsindən ehtiyatlanaraq bir qədər gözləməyi üstün tutur. Böhrandan əvvəl qlobal neft tədarükünün təxminən 20 faizi bu boğazdan keçirdi.
Teqlər: Hörmüz







Vaxtında, Aydın, Lazımlı!


