Bakı məktəblisi mobil tətbiq yaradıb
Şagird layihənin hazırlanması zamanı Kotlin proqramlaşdırma dilindən istifadə edib.
A.Hüseynov tətbiqin hazırlanması prosesində müxtəlif texniki çətinliklərlə üzləşsə də, apardığı araşdırmalar nəticəsində onların öhdəsindən gəlməyi bacarıb.
“AsimChat” tətbiqi məktəblinin innovativ düşüncə tərzini, informasiya texnologiyalarına marağını və davamlı özünüinkişafını nümayiş etdirir.
Gələcəkdə informasiya texnologiyaları sahəsində daha böyük layihələr həyata keçirməyi qarşısına məqsəd qoyan Asim Hüseynov yeni texnoloji həllərin hazırlanması və innovativ məhsulların yaradılması istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
Teqlər: İstedad







Vaxtında, Aydın, Lazımlı!


