Ağ Evə hücum: İşçilər təxliyyə olundu

Ağ Evə hücum: İşçilər təxliyyə olundu
  20 Sentyabr 2014    Oxunub:3090
Vaşinqtonda jurnalistlər və məmurlar ABŞ prezidentinin iqamətgahından qısa müddətə təxliyyə olunub.
Bu barədə AzVision.az İTAR-TASS agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Ağ Evin təxliyyə olunmasına səbəb naməlum şəxsin hasardan aşaraq Ağ Evin ərazisinə keçməsi olub.

Ağ Ev Təhlükəsizlik Xidməti həmin şəxsi yaxalayıb və bir saat sonra təxliyyə olunan şəxslər Ağ Evə geri qaydıb.

Qeyd edək ki, hadisə baş verən zaman Barak Obama hazırda şəhərkənarı Kemp Devid iqamətgahında olub.


Xatırladaq ki, 2014-cü ilin iyulunda Ağ Evin hasarının yaxınlığında tapılan şübhəli paketə görə ərazi mühasirəyə alınmışdı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti