Miss-Media | `Hər bir havada` bu qız - FOTOSESSİYA

Miss-Media | `Hər bir havada` bu qız - FOTOSESSİYA
  30 Oktyabr 2014    Oxunub:32240
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı Space, Lider və ANS kanallarından tanıdığınız Aytən Əlizadədir.

Aytən iyulun 4-də Bakı şəhərində doğulub, xərçəng bürcündəndir. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini bitirib. İlk iş yeri prodakşn şirkətlərindən biri olub. Orada hazırladığı veriliş hazırda “Space” telekanalında yayımlanır.

Daha sonra “Lider” kanalında “Ada” verilişində aparıcılıq edib. Ardınca “ANS”-də “Gəzək-görək” verilişində çalışıb. Hazırda “Space” telekanılnda “Hava proqnozu” verilişini və “Hər bir havada” maqazin proqramını aparıram.

Hobbisi maşın sürməkdir. Bir də ki, uşaqlıqdan aksessuar toplamağı xoşlayır, evdə çoxlu gümüş aksessuarı var.

Sevmədiyi xüsusiyyəti tez özündən çıxması və tez sakitləşməsidir. “Xoşbəxtliyi pulda görmürəm. Çox kiçik şeylərdən xoşbəxt ola bilərəm. Sevdiyim işlə məşğul olmaq və ailəmin yanımda olması məni xoşbəxt edir”,- deyir Aytən.

Fotolar: Nuron Məmmədov / AzVision.az

P.S. Çəkilişdə göstərdiyi köməyə görə Qızıl studiyada çalışan saç ustası Mahizər xanıma və vizajist Gülər xanıma təşəkkür edirik.
Əlaqə nömrəsi: 050 435 58 57, 055 371 70 71

Çəkiliş məkanı üçün şərait yaratdıqlarına görə “Pioner Arena”ya minnətdarıq!

Qalereya




Teqlər:  





Xəbər lenti