ELSA-dan gənc hüquqşunaslara əla fürsət – VİDEO

ELSA-dan gənc hüquqşunaslara əla fürsət – VİDEO
  18 May 2015    Oxunub:5443
ELSA-Azərbaycan cari ilin 6-12 iyul tarixlərində Bakı şəhərində “Müqavilə hüququ” mövzusunda Yay Hüquq Məktəbi təşkil edəcək. Tədbirin müddəti bir həftə, proqramı isə 20 akademik dərs saatı olacaq. Təlim metodları interaktiv olaraq ölkə üzrə tanınmış və dövlət və özəl qurumlardan olan mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Tədbirdə azərbaycanlı tələbələrlə yanaşı, Avropanın 42 ölkəsindən olan 40 nəfər hüquq tələbəsinin iştirakı da nəzərdə tutulub. Belə ki, ELSA-Azərbaycanın keçirdiyi bu yay məktəbi ELSA şəbəkəsi tərəfindən keçirilən 23 ölkənin yay məktəbləri sırasına da daxildir.

Xarici iştirakçılar üçün nəzərdə tutulmuş sosial proqramlar zamanı Azərbaycanın zəngin tarixə malik olan bölgələrindən birinə tur təşkil ediləcək və iştirakçılara bu bölgənin mədəniyyəti, ənənələri, tarixi abidələri haqqında ətraflı məlumat veriləcək.

Tədbirdə azərbaycanlı tələbələrlə Avropadan olan xarici hüquq tələbələrin birgə iştirakı ölkələr arası hüquqi düşüncənin mübadiləsinə və tələbələr arasında yeni əməkdaşlıq imkanlarının yaranmasın töhfə verəcək. Yay məktəbi barəsində əlavə məlumat almaq və iştirak üçün qeydiyyatdan keçmək üçün BURADAN ətraflı məlumat almaq olar.

Qeyd edək ki, tədbirdə xarici tələbələrin iştrakını təmin etmək və sosial proqramlar, Azərbaycanın tarixi və mədəni obyektləri barədə məlumat vermək üçün ELSA-Azərbaycan xwsusi videorolik də hazırlayıb.




Teqlər:  





Xəbər lenti