Prezident Putindən nefti bahalaşdırmağı istədi

Prezident Putindən nefti bahalaşdırmağı istədi
  03 Sentyabr 2015    Oxunub:3969
Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinə neft bazarında vəziyyətin sabitləşməsi üçün görülə biləcək tədbirləri müzakirə etməyi təklif edib.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

`Biz neft bazarı və qiymətlərinin sabitləşməsi üçün görə biləcəyimiz tədbirlərdən danışa biləcəyik. Bizim bu məsələ ilə bağlı ideyalarımız var`, - deyə Maduro Pekində Putinlə görüşü zamanı bildirib.

Rusiya prezidenti isə öz növbəsində Nikoas Maduroya ölkələr arasında ticarət dövriyyəsindən danışmağı təklif edib: `İkitərəfli münasibətlərdən danışmağa imkanımız olduğu üçün çox şadam. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi nəzərə çapacaq dərəcədə artmışdı. Bu il isə bu göstərici 25 faiz artıb`

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti