Bakı metrosu qış rejiminə keçir
Qurum rəsmisi bildirib ki, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir:
Beləliklə qatarların sayı artırılmaqla qatarlararası intervaı da azaldılır. Belə ki, “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. “28 may” – “Dərnəgül” və “28 may” – “İçərişəhər” stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.
Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


