Məmmədov Poroşenkonun `qara siyahı`sında

Məmmədov Poroşenkonun `qara siyahı`sında
  17 Sentyabr 2015    Oxunub:3888
Bu şəxslər Ukraynanın milli maraqlarına real təhlükə yaradırlar.
Ukrayna Rusiya şirkət və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Ümumilikdə siyahıda Rusiyadan və Ukraynadan (əsasən Donbas və Krım) 105 hüquqi və 388 fiziki şəxs var.

Oxu.Az liga.net saytına istinadla xəbər verir ki, rəsmi Kiyev siyahıya Rusiyanın aviasiya, gəmiqayırma şirkətləti, banklar, hərbi-sənaye mərkəzləri və telekanalları daxil edib.

Sanksiya siyahısında Azərbaycan vətəndaşı Aydın Məmmədov də var. O, siyahıda “Terrorçular, separatçılar və ya bu cinayətlərə aidiyyatı olan şəxslər” mövqeyində yer alıb.

Qeyd edək ki, sanksiya siyahısına düşmüş şəxslər Ukraynanın milli maraqları, milli təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə real və potensial təhlükə yaradanlar hesab edilir.


Teqlər:



Xəbər lenti