Ann Brasör vəzifədən gedir
Bu barədə AzVision.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun payız sessiyasının gündəliyində duran əsas məsələ Avropada miqrant böhranıdır.
Məlumata əsasən, sessiyada AŞPA-nın Bürosunun və Daimi Komitəsinin hesabatları dinlənəcək, həmçinin AŞPA-nın yeni Baş katibi seçiləcək.
Sessiyanın işi oktyabrın 2-də yekunlaşacaq.
Qyed edək ki, hazırda AŞPA-nın baş katibi Ann Brasördür. O, Assamblayeda işinə 1993-cü ildə başlayıb. O, AŞ PA-da “Avropa uğrunda liberallar və demokratlar alyansı” qrupuna 2009-cu ildən rəhbərlik edib. 2012-ci ilin yayında Assambleya A.Brasörun Tunisdə hakimiyyətin demokratik yolla təhvil verilməsi haqqında hazırladığı qətnaməni təsdiqləyib.
Beləliklə, 2016-cı ilin yanvarında Assambleyaya yeni sədr seçiləcək.
Eldar Tanrıverdiyev
AzVision.az