İşçi qrupu Yaqlanda cavab verəcək
Bu barədə AzVision.az haqqın.az-a istinadən xəbər verir.
Avropa Şurası (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxdığını bəyan edib
Bəyanatda deyilir: “Avropa Şurasının baş katibi Torbörn Yaqland bu gün - oktyabrın 7-də AŞ Nazirlər Kabinetini Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundakı iştirakına son qoyması barədə məlumatlandırıb.
AŞ-nin nümayəndəsi 2014-cü ilin oktyabrından bəri qarşısına Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bərpa olunmasını məqsəd qoyan Bakı görüşlərində iştirak edib. Lakin bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət dramatik şəkildə pisləşib. Həbs edilən hüquq müdafiəçilərinin sayı artıb. Avropa Şurası isə onların saxlanma şəraitinin qeyri-məqbul olmasına dair narahatlıq doğuran məlumatlar alır.
Eldar Tanrıverdiyev
AzVision.az