`Qarabağ üçün addımlar atılmalıdır`- ABŞ Səfiri

`Qarabağ üçün addımlar atılmalıdır`- ABŞ Səfiri
  09 Oktyabr 2015    Oxunub:2015
ABŞ Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmir.
AzVision.az xəbər verir ki, jurnalistlərə açıqlama verən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta fikrini belə davam etdirib:

“İnsanlar ölürsə, bu, “dondurulmuş” münaqişə deyil. Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə çalışırıq. Bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”.

O, qeyd edib ki, rəsmi Vaşinqton təmas xəttində gərginliyin artması hallarından narahatdır:

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik və onun rusiyalı və fransalı həmkarları bu məsələ ilə məşğul olur. Biz vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edirik. Biz bu münaqişəni “dondurulmuş” münaqişə kimi görmürük.”


Teqlər:  





Xəbər lenti