Sevgilisinin evin yandırdı, sonra oynadı
Hadisə ilə bağlı görüntülər RTV 6 telekanalının jurnalistləri tərəfindən lentə alınıb.
Nəşr yazır ki, Metyu Rass qadının avtomobilinin açarlarını oğurlayıb, daha sonra onun maşını dirəyə çırpıb. Qadının evinin həyətində oturan Metyu əlində bıçaq tutaraq polisin gəlməyini gözləyib. Polislər hadisə yerinə gələn zaman cavan oğlan evə daxil olaraq onu içəridən yandırıb. Daha sonra o, evin damına çıxaraq orada oynamağa başlayıb.
Videodan görünür ki, rəqs zamanı cavan oğlan özünü pis hiss etməyə başlayıb. Onu evin damından düşürdərək, təcili tibbi yardım maşınında xəstəxanaya aparıblar.
Ev praktiki olaraq tamamilə yanıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


