BDU-nun yataqxanasında yanğın

BDU-nun yataqxanasında yanğın
  22 Noyabr 2015    Oxunub:1848
Bakı şəhərinin Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasının 6-cı mərtəbəsində yanğın olub.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində dəhlizə yığılımış taxta materialları 45 kv.m sahədə, dəhlizin və digər 2 otağın giriş qapısı yanıb.

Otaqlar və binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti