O dünyada görüşəcəyik... - FOTOLAR

O dünyada görüşəcəyik... - FOTOLAR
  26 Fevral 2016    Oxunub:19021
Bu gün xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən mərasimdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Matəm mərasimini giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyevanın yaradıcılıq yolundan və sənət dünyasından danışıb.

Bildirib ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva, bütün fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsinə böyük əmək sərf edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb.

Mərasimdə çıxış edən Xalq artistləri Canəli Əkbərov, Natəvan Şeyxova və Yalçın Rzazadə İ.Quliyevanın sənət dünyasından, insani keyfiyyətlərindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.

Vida mərasimində sənətkarın vaxtı ilə ifa etdiyi unudulmaz xalq və bəstəkar mahnıları səslənirilib.

Mərasim başa çatdıqdan sonra xalq artisti son mənzilə yola salınıb. İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

Gültəkin Ələsgər
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti