Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini Qismət Şükürova məxsus evdən 5000 manat pul və 40000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerlisi Əli Şahbazov tutulub.
AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Ə.Şahbazov oğurluğu ev sahibinin sifarişi əsasında törətdiyini etiraf edib.
Ev sahibi Q.Şükürov izahatında pul və qızıl əşyaların arvadına məxsus olmasını və özünün borcu olduğundan oğurladıb borcunu ödəmək niyyətini bildirib.