Güclü yağış nəticəsində Başkənd gölü daşıb. Sel meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi aparıb. Onun fiziki qüsurlu olduğu bildirilir.
O.Rzayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, son günlər Gədəbəy rayonuna yağan dolu və yağış bir sıra kəndlərdə problem yaradıb. Rayonda təsərrüfata ciddi ziyan dəyib. Sel bir sıra kəndlərdə yolları yuyub.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


