`Yanıma gələnlər 50-100 manat pul verir` - Xalq artisti

`Yanıma gələnlər 50-100 manat pul verir` - Xalq artisti
  08 İyul 2016    Oxunub:4761
Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli çətin durumla üzləşib.
Bu barədə AzVision.az-a diktor özü bildirib. Sabir Ələsgərli müalicə xərclərini ödəmək üçün maddi probleminin olduğunu deyib.

“Hələ tamam sağalmamışam. Bir gündən bir xəsətxanaya gedirəm, qanımı yoxlayırlar, böyrəyimdəki çirki təmizləyirlər. Çirki yuyub qurtarandan sonra yenə də əməliyyat edəcəklər. Digər əməliyyatlardan artıq 3 ay keçib, ancaq yenə də ağrılarım səngimir, çirk azalmır. Qanımda bir az kreatin çoxalıb, onu aşağı salmaq istəyirlər. Müalcəm üçün pul lazımdır. Hər dəfə həkimə gedəndə cibimin son qəpiyinə kimi xərcləyirəm. Məcbur qalıb, qohumlardan, tanışlardan borc alıram. Başqa çarəm yoxdur. Bir təhər dözürəm, görüm, axırı necə olacaq”.

Diktor müalicəsi üçün heç kimdən kömək istəmədiyini bildirib: “İndiyə kimi heç kəs kömək etməyib, heç kəsə də buna görə müraciət etməmişəm. Özüm prezident təqaüdü alıram. Qohumlar da hərdən yanıma gələndə yastığımın altına 50-100 manat qoyurlar. Yenə də əsas güc öz üzərimizdədir, Allahın verdiyi candır, qorumaq, yaşamaq istəyirəm”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti