Bakıda oğurluq edən iranlılar tutuldu

Bakıda oğurluq edən iranlılar tutuldu
  23 İyul 2016    Oxunub:3121
Bakıda şirkətdən oğurluq edən İran vətəndaşları tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, iyulun 21-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulublar.

AzVision.az


Teqlər:  





Xəbər lenti