AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yanğın zamanı binanın 8-ci mərtəbəsində yaşayan bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az