Hafiz Hacıyev Əflan İbrahimova cavab verdi

Hafiz Hacıyev Əflan İbrahimova cavab verdi
  30 Avqust 2013    Oxunub:1712
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Əflan İbrahimovun açıqlamasına cavab verdi.
“Mən keçən dəfəki, prezident seçkilərində Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevin seçki qərargahının rəisi olmuşam. Əvəzində də əmək haqqımı almışam”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Eldar Namazovun sabiq müavini Əflan İbrahimov Hafiz Hacıyevin fikirlərinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Hafiz Hacıyevin onun haqqında münasibətlərinin indiyə qədər davam etməsi barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil: “Mən ölərəm, amma Hafiz Hacıyev kimi adamın yanına qayıtmaram. Bunu özümə ən böyük təhqir hesab edərəm. İndiyə qədər münasibətimizin olmağı yalandır. Mən 7 ildir ki, onu görmürəm. O, camaatı şərləyən adamdır”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də öz növbəsində Əflan İbrahimovun fikirlərinə münasibət bildirib: `Hər adamı seçki qərargahının rəhbəri təyin etmirlər, bundan ötrü partiyanın üzvü olmaq lazımdır. Mənim yanımda olmağı özünə təhqir hesab edirsə, onda niyə seçki qərargahımın rəhbəri olub məndən pul almışdı? Onun danışdığının hamısı başdan-ayağa yalandır. İndi heç olmasa sakit otursun”.

Fatimə


Teqlər:  





Xəbər lenti