Maşınla evdən çıxdı, meyidi kanaldan tapıldı - Video

Maşınla evdən çıxdı, meyidi kanaldan tapıldı - Video
  16 Sentyabr 2016    Oxunub:2836
Ötən gün axşam saatlarında Şəmkir rayon Kür qəsəbə sakini Anar Bayramov idarə etdiyi VAZ 21039 markalı avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, itkin düşən şəxsin axtarışları bu gün səhər saatlarında nəticə verib. Onun avtomobilində olan meyidi qəsəbə ərazisindən keçən su kanalından tapılıb. Qəza keçirən Anar Bayramovun cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb.

Rayon Polis İdarəsində fakt üzrə araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti