Sumqayıtda ev yanıb

Sumqayıtda ev yanıb
  16 Sentyabr 2016    Oxunub:1218
Sumqayıtda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 1500 m2 olan, bir dam altında tikilmiş bir mərtəbəli taxta konstruksiyalardan ibarət evin yanar konstruksiyaları və ev əşyaları 800 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.

Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti