Qəzada ölən polisin anası intihara cəhd etdi
Hadisə barədə xəbəri eşidən anası, İsmayıllı şəhərinin Q. Əsədov küçəsindəki 11 saylı evdə yaşayan, 1967-ci il təvəllüdlü Mustafayeva Qəribə Alməmməd qızı Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) gedərkən yolda oğlunun ölüm xəbərini alıb və sürətlə hərəkətdə olan avtomobilin qapısını açaraq özünü atıb.
Q. Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay MRX-na yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
AzVision.az