Bakıda sanatoriyada yanğın olub

Bakıda sanatoriyada yanğın olub
  18 Sentyabr 2016    Oxunub:1482
Bu gün saat 18:00 radələrində Bakının Xəzər rayonunda yerləşən “Xəzər” sanatoriyası ərazisində yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 8 m2 sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 4 m2 sahədə əriyib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti